Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində iki elmi-tədqiqat institutu hesabat verib
02.12.2020 11:08
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində iki elmi-tədqiqat institutu hesabat verib

AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiyaİncəsənət, Dil və Ədəbiyyat institutlarının 2020-ci il ərzində elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək hesabat dövründə hər iki institutun fəaliyyətlərini yüksək qiymətləndirib və qarşıya qoyulan vəzifələrə nail olunduğunu bildirib.

Sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli müəssisənin cari il üzrə hesabatı haqqında məlumat verib.

2020-ci ildə rəhbərlik etdiyi qurumda 1 istiqamət, 1 problem və 1 mövzu ətrafında 8 iş üzrə 16 mərhələdə elmi-tədqiqat işlərinin aparıldığını deyən alim bildirib ki, hеsаbаt dövründə Nахçıvаn bölgəsinin tаriхinin müхtəlif prоblеmlərinə həsr olunan araşdırmalar aparılıb, regionun аrхеоlоgiyаsı, еtnоqrаfiyаsı və epiqrafikasına dаir tədqiqаtlаr davam etdirilib. Ümumilikdə 2020-ci ildə əməkdаşlаrın 144 еlmi əsəri (37-si xaricdə, 7-i impakt faktorlu, 3-ü Web of science indeksli jurnalda) və 67 məqаləsi nəşr оlunub. Çap olunan elmi əsərlərdən 10-u monoqrafiya, 1-i isə kitabdır.

H.Səfərli qeyd edib ki, hesabat dövründə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin şərtlərinə ciddi əməl edən əməkdaşlar elmi fəaliyyətlərinə onlayn şəkildə davam edib, müxtəlif konfranslara, kitab təqdimatlarına qatılıb, internet portallarına məqalələr yerləşdiriblər.

Daha sonra çıxış edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev bildirib ki, rəhbəri olduğu qurumda il ərzində 1 prоblem və 1 mövzunu əhatə edən 6 iş üzrə 23 mərhələdə tədqiqatlar davam etdirilib.

Onun sözlərinə görə, 2020-ci ildə müəssisə əməkdaşlarının 249 elmi əsəri, о cümlədən 1-i xaricdə olmaqla 7 monoqrafiyası, 1-i həmmüəlliflə olmaqla 7 kitabı, 36-sı xaricdə olmaqla 226 elmi məqalə və konfrans materialı işıq üzü görüb. Alim diqqətə çatdırıb ki, çap olunan əsərlərin 40-ı xaricdə olmaqla 147-si beynəlxalq kodludur. Hesabat dövründə əməkdaşların 535 qəzet və sayt məqaləsi müxtəlif KİV-də dərc olunub.

Vurğulanıb ki, institut əməkdaşları müxtəlif kütləvi informasiya vasitələrində, Naxçıvan Muxtar Respublikasının televiziya və radiolarında mütəmadi olaraq elmi-bədii, publisistik verilişlərdə iştirak edərək Naxçıvanın mədəni və ədəbi mühiti, görkəmli şəxsiyyətləri barədə məlumat veriblər. Həmçinin Naxçıvan fоlklоru onun qədim etnogenezi, xalq yaradıcılığı, o cümlədən yallı xalq ənənəvi qrup rəqsləri, eləcə də Naxçıvanda digər sənət növləri barədə müxtəlif verilişlərin qonağı olublar.

Sonda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli BaxşəliyevTəbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev çıxış edərək hər iki elmi tədqiqat müəssisəsinin hesabatını yüksək qiymətləndirib və hesabatın qəbul olunmasını təklif ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: