Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünas alim Azərbaycanın haqlı mövqeyini Livan mediasına çatdırıb
02.12.2020 14:59
  • A-
  • A
  • A+

Şərqşünas alim Azərbaycanın haqlı mövqeyini Livan mediasına çatdırıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Samid Bağırovun Livanın "əl-Bina" qəzetinin elektron səhifəsində "İkinci Qarabağ müharibəsi fonunda Azərbaycan-Qərb əlaqələri" adlı məqaləsi dərc edilib.

Məqalədə Qərbin, xüsusilə də Avropa Birliyi, Avropa Parlamenti, ATƏT və ATƏT-in Minsk qrupu kimi qurumların Azərbaycanın Qarabağla bağlı haqq mövqeyinə səhlənkar yanaşması, son 30 il ərzində Ermənistan meyilli siyasət yürütməsi qeyd olunub.

Bundan əlavə, yazıda İkinci Qarabağ müharibəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək uğrunda apardığı mübarizəsi və Fransa Senatının qeyri-qanuni qətnaməsi və s. öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: