Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Professor Asif Rüstəmlinin “Bayraməli Abbaszadə: mühiti və mücadiləsi” monoqrafiyası çapdan çıxıb
12.01.2015 00:00
  • A-
  • A
  • A+

Professor Asif Rüstəmlinin “Bayraməli Abbaszadə: mühiti və mücadiləsi” monoqrafiyası çapdan çıxıb

Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmlinin “Bayraməli Abbaszadə: mühiti və mücadiləsi” monoqrafiyası çapdan çıxıb.

Monoqrafiyada görkəmli mollanəsrəddinçi şair, “Qızıl qələmlər” ədəbi cəmiyyətinin üzvü Bayraməli Abbaszadənin həyat və yaradıcılığı, sənətinin Məşrutə hərəkatı əhatəli şəkildə verilir.

Kitabın ön sözünün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli monoqrafiyanın Bayraməli Abbaszadənin həyatı və ədəbi taleyinin işıqlandırılması baxımından dəyərli elmi əsər olduğunu qeyd edir. Monoqrafiyanın həm də “Molla Nəsrəddin” ədəbi məktəbinin öyrənilməsinə də dəyərli töhfə olduğu vurğulanır.

Nəşrin elmi redaktoru AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: