Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-da 7 ixtisas üzrə magistratura təhsili təşkil ediləcək
14.01.2015 00:00
  • A-
  • A
  • A+

AMEA-da 7 ixtisas üzrə magistratura təhsili təşkil ediləcək

AMEA prezidenti, akademik Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında akademiyada magistratura pilləsinin yaradılmasının vacib məsələlərdən olduğunu bildirib. Qeyd edib ki, AMEA-da 2015-ci ilin fevral ayında ilk dəfə olaraq magistratura pilləsinə qəbul elan olunacaq.

Magistraturaya qəbulun aparılması ilə bağlı yeni pilot layihənin AR Təhsil Nazirliyi ilə müzakirə olunduğunu diqqətə çatdıran alim bu istiqamətdə bir neçə vacib meyardan danışıb. AMEA-nın 7 institutunun bazasında 7 ixtisas üzrə magistratura təhsilinin təşkil ediləcəyini bildirib. “Tədris olunacaq ixtisaslara dilçilik, antropologiya, nəzəri və riyazi fizika, geologiya, kimyəvi genetika və kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası daxil olacaq” - deyə bildirən AMEA prezidenti bu istiqamətlərin Azərbaycan elminin inkişafına xidmət və yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə seçildiyini vurğulayıb. Qeyd edib ki, tədris olunacaq ixtisaslar yalnız elmi xarakter daşıyacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: