Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində Rəyasət Heyətinin cari ildə ilk iclası keçirilib
11.01.2021 16:32
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində Rəyasət Heyətinin cari ildə ilk iclası keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin 2021-ci ildə ilk iclası keçirilib.

İclası giriş sözü ilə açan Bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Sonra Naxçıvan Bölməsinin 2021-ci il üçün İş planı oxunaraq, müzakirələrdən sonra təsdiq edilib.

Bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov Naxçıvan Bölməsinin Elmi-tədqiqat institutlarının İş planları haqqında məlumat verib. Müzakirəyə çıxarılmış İş planlarının bəzi əlavə və dəyişikliklər edilməklə qəbul edilməsi məqsədəuyğun hesab olunub.

Daha sonra Elm və təhsil şöbəsinin baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərova doktorant və dissertantların attestasiyadan keçirilməsi, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd qəbulunun yekunları haqqında məlumat verib. İclasda həmçinin Bölmənin təhsil müddətini bitirən doktorant və dissertantlarının doktorant və dissertantlıqdan azad olunmaları ilə bağlı məsələlər müzakirə olunaraq, müvafiq qərarlar qəbul edilib.

Sonda Naxçıvan Bölməsinin bəzi əməkdaşlarının vəzifə və dərəcələrinin artırılması və digər cari məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: