Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

GGİ-nin Vətən müharibəsində iştirak etmiş gənc mütəxəssisi ilə görüş keçirilib
13.01.2021 17:49
  • A-
  • A
  • A+

GGİ-nin Vətən müharibəsində iştirak etmiş gənc mütəxəssisi ilə görüş keçirilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Vətən müharibəsində könüllü iştirak etmiş gənc mütəxəssisi Turan İmaməli ordudan tərxis olunaraq iş yerinə qayıdıb.

Müəssisənin direktoru, akademik Akif Əlizadə T.İmaməli ilə görüş zamanı institut kollektivinin onunla qürur duyduğunu bildirib və elmi fəaliyyətində hər cür dəstəyin göstəriləcəyini söyləyib.

Görüşdə iştirak edən institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov və GGİ-nin Həmkarlar İttifaqının sədri Kamran Əliyev gənc mütəxəssisin müəssisədə çalışdığı ötən 5 il ərzində ictimai işlərdə fəal iştirak etdiyini, nizam-intizamı, bacarığı ilə seçildiyini vurğulayıblar. Bildirilib ki, o, xüsusilə Hadrut və Şuşa uğrunda qəhrəmancasına vuruşub, şərəfli döyüş yolu keçib, düşmənə aman verməyib.

Turan İmaməli isə öz növbəsində işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərində fəal iştiraka hazır olduğunu söyləyib.

Qeyd edək ki, gənc mütəxəssis 1991-ci ildə Bakıda anadan olub, 2013-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: