Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Muxtar İmanovun “Söz haqqında söz” kitabı işıq üzü görüb
14.01.2021 13:49
  • A-
  • A
  • A+

Akademik Muxtar İmanovun “Söz haqqında söz” kitabı işıq üzü görüb

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun “Söz haqqında söz” adlı yeni kitabı çap edilib.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitabda alimin son illər qələmə aldığı elmi məqalələri, müxtəlif mətbuat orqanlarında dərc edilmiş müsahibələri toplanıb. Dövlətçilik düşüncəsi və folklor, müasir folklorşünaslığın nəzəri məsələləri, Azərbaycan dili və ədəbiyyatının aktual problemləri, Azərbaycan humanitariyasının görkəmli şəxsiyyətləri və onların elmi konsepsiyaları, klassik ədəbi irs, bədii tərcümə və s. mövzularda olan yazılar geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Muxtar İmanovun Nizami Gəncəvi, Mirzə Fətəli Axundov, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Kamal Abdulla kimi ədiblərin əsərləri üzərində təhlilləri, Azərbaycan folklorunun janr poetikası, obrazlar sistemi və onların arxaik semantikası barədə nəzəri fikirləri ədəbiyyatımıza və folklorumuza müasir elmi yanaşmaları əks etdirir və həmin mövzularda yeni söz kimi diqqəti cəlb edir.

AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunmuş kitabın tərtibçisi və redaktoru fil.ü.f.d., dosent Sönməz Abbaslıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: