Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Mühəndislər buzdan robot hazırlamağı təklif edib
15.01.2021 16:05
  • A-
  • A
  • A+

Mühəndislər buzdan robot hazırlamağı təklif edib

Digər planetləri araşdırmaq üçün robotlar buzdan hazırlana bilər. Gövdəsi və təkərləri buzdan olan ilk robot artıq sınaqdan keçirilib.

Bu qədər qəribə mexanizmin harada əlverişli ola biləcəyi haqqında təbii bir sual yaranır. İstənilən avadanlıq gec-tez sıradan çıxır və Günəş sisteminin planetləri hələ təmir stansiyaları ilə təchiz edilməyib. Buna görə, mühəndislər robotların hazırlanması üçün su buzundan istifadə etməklə fantastik ideya təqdim edib.

Buz Marsda və planetlərin bir çox peykində mövcuddur. Bundan əlavə, bu materialın işlənməsi asandır. Buna görə də, nəzəri cəhətdən, yerli buzdan istifadə edərək robotu yenidən təmir etmək olar. Əlbəttə buzdan elektronika düzəltmək olmaz. Bununla birlikdə, robotun gövdəsi və təkərlər bu materialdan hazırlana bilər.

Bunu 6.3 kiloqram ağırlığında olan "IceBot" robotu sübut edir. Özünü özü-özünü düzəldə bilmir, lakin hərəkət edə bilər və hətta otaq temperaturunda dərhal dağılmır. Əlbətdə ki, buzdan istifadə etməyin çatışmazlıqları var. Məsələn, bu olduqca kövrək materialdır. Bundan əlavə, qızdırıldıqda deformasiya olur və əriyir. Bu, təmir zamanı hissələri birləşdirmək üçün istifadə edilə bilər, lakin əmələ gələn mayenin qısa qapanmaya səbəb olmaması üçün son dərəcə diqqətli olmaq lazımdır.

Milli.az

  • Paylaş: