Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

NASA Aya uçuş üçün sınaq keçirib
18.01.2021 10:57
  • A-
  • A
  • A+

NASA Aya uçuş üçün sınaq keçirib

Amerika Birləşmiş Ştatları Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) mütəxəssisləri Mississippi ştatında Space Launch System (SLS) raket qurğusunun mühərriklərinin sınaqlarını keçiriblər.

NASA sınaq kompleksinin ərazisində xüsusi bir dəstəyə quraşdırılmış dörd mühərrik eyni vaxtda təxminən bir dəqiqə işləyib. Halbuki bunun təxminən 8 dəqiqə davam edəcəyi ehtimal olunurdu.

NASA-nın direktoru Cim Braydenstayn sınaqlardan sonra keçirilən mətbuat konfransında bildirib ki, hər şey plana uyğun getməsə də çox vacib məlumatlar əldə olunub.

SLS layihə meneceri Con Heniket mühərriki söndürmək üçün avtomatik sistemin işə salındığını bildirib.

Teleqraf.com

  • Paylaş: