Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlər Avropa mikoloqları ilə birgə vebinarda iştirak ediblər
18.01.2021 12:31
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Avropa mikoloqları ilə birgə vebinarda iştirak ediblər

AMEA-nın Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Dilzarə Ağayeva, gənc tədqiqatçılardan b.ü.f.d. L.Abasova və E.İsgəndərli Avropa şabalıd bitkisi üzrə şəbəkə layihəsi (EUROCASTANEA – European Chestnut Network) çərçivəsində keçirilən vebinarda qonaq qismində iştirak ediblər.

Vebinar şabalıd meyvəsində çürümə törədən invaziv endofit Gnomoniopsis castaneae  göbələyi, onun diaqnostikası, yayılması, göbələyə qarşı bioloji və kimyəvi mübarizə yolları, latent infeksiyaların idarə edilməsi məsələlərinin  müzakirəsinə həsr olunub.

Tədbirdə Avropanın bir sıra ölkələrindən mikoloqlar bu sahədəki ən son aparılan tədqiqatlar barədə məruzə ediblər.

Çıxışlardan sonra iştirakçıların sualları əsasında ümumiləşdirilmiş geniş müzakirə aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: