Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın magistrantları xarici dildən imtahan veriblər
18.01.2021 16:31
  • A-
  • A
  • A+

AMEA-nın magistrantları xarici dildən imtahan veriblər

Yanvarın 18-də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə akademiyanın magistrantlarının ingilis dili imtahanı keçirilib. İmtahanda 2020/2021-ci tədris ilində AMEA-nın magistraturasına qəbul olunmuş, 14 elmi müəssisəni təmsil edən 56 magistrant iştirak edib.

AMEA prezidentinin “AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında” 24 dekabr 2020-ci il tarixli, 469 №-li sərəncamına uyğun olaraq ölkə ərazisində tətbiq olunan karantin rejimini nəzərə alaraq imtahan onlayn qaydada keçirilib.

Qeyd edək ki, AMEA prezidentinin müvafiq sərəncamına əsasən, AMEA-nın magistratura pilləsinə qəbul olmuş bütün magistrantlara ümumi və seçmə fənlər üzrə dərslərin və imtahanların təşkili 2015-ci ildən İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: