Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Naxçıvan Bölməsinin Elmi Kitabxanasında yeni virtual sərgi təşkil olunub
22.01.2021 14:28
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Elmi Kitabxanasında yeni virtual sərgi təşkil olunub

AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanasında bölmə əməkdaşlarının 2020-ci il ərzindəki fəaliyyətini əhatə edən əsərlərdən ibarət sərgi virtual rejimdə oxuculara təqdim olunub.

“Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi - 2020” adlı sərgidə “Нахчыван в истории государственности Азербайджана”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı”, “Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil məsələləri (XX əsrədək)”, “Cəhrili alimlər”, “Nağı Nağıyev: taleyi və sənəti”, “Qədim Culfa”, “Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı”, “Qısa kimya ensiklopediyası” və digər kitab, monoqrafiyaların elektron versiyaları nümayiş olunur. Burada, həmçinin bölmənin dövrü nəşrləri olan “Elmi əsərlər” və “Axtarışlar” jurnallarının elektron versiyaları da yerləşdirilib.

Naxçıvan Bölməsində il ərzində keçirilən tədbirləri, eləcə də gənc nəsildə elmə marağın artırılması üçün görülən işləri, qazanılmış nailiyyətləri əks etdirən fotoşəkillər də nümayiş olunan materiallar sırasındadır. Sərginin hazırlanmasında əsas məqsəd dövriyyəyə yeni daxil olmuş əsərləri geniş oxucu kütləsinə təqdim etməkdir.

Sərgi ilə buradan tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: