Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mikrobiologiya İnstitutunda magistrantların qış imtahan sessiyası davam edir
25.01.2021 13:26
  • A-
  • A
  • A+

Mikrobiologiya İnstitutunda magistrantların qış imtahan sessiyası davam edir

AMEA-nın Mikrobiologiya İnstitutunda təhsil alan magistrantların 2020-2021-ci tədris ili üzrə qış imtahan sessiyası davam edir.

Bu gün “Mikrobiologiya” ixtisası üzrə II kursda təhsil alan magistrant Müjgan Məsimi Sənaye mikrobiologiyası fənnindən onlayn imtahan verib. Cavabları fənn müəllimi, institutun direktoru v.i.e., AMEA-nın müxbir üzvü Pənah Muradov yüksək qiymətləndirib.

İmtahan prosesində müəssisənin Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Aygün Qasımova da iştirak edib.

Qeyd edək ki, Mikrobiologiya İnstitutunda növbəti imtahan yanvarın 28-də baş tutacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: