Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan xalqının tarixində şanlı səhifə
19.01.2015 00:00
  • A-
  • A
  • A+

Azərbaycan xalqının tarixində şanlı səhifə

Qanlı Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar AMEAHüseyn Cavidin Ev Muzeyində “Azadlıq Salnaməsi” adlı anım tədbiri keçirilib.

Əvvəlcə ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər haqqında geniş məlumat verib. 20 Yanvar faciəsinin cinayətkar Sovet imperiyası rəhbərliyinin Azərbaycana qarşı düşmənçilik siyasətinin nəticəsi olduğunu və bu faciəli günlərdə qətlə yetirilən və yaralananlar arasında azyaşlı uşaqların, qoca və qadınların olması, əhaliyə qarşı qadağan edilmiş silahlardan atəş açılması faktlarını iştirakçıların diqqətinə çatdırıb.

G.Babaxanlı Qanlı Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində, faciənin günahkarlarının üzə çıxarılmasında, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini önə çəkib, bu siyasi xəttin hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyini bildirib.

Muzey əməkdaşları 20 Yanvar gününün müasir tariximizdə xalqımızın azadlıq və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi böyük əhəmiyyət daşıdığını, gələcək nəsillər üçün əsl qəhrəmanlıq örnəyi olduğunu bildiriblər. Faciə qurbanlarının qəhrəmanlığının heç vaxt unudulmayacağı, şəhidlərin əziz xatirəsinin daim uca tutulacağı vurğulanıb.

Sonda qısametrajlı “Qanlı Yanvar” filmi nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: