Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.02.2021 17:08
  • A-
  • A
  • A+

AMEA-nın magistraturasında qış imtahan sessiyası uğurla başa çatıb

AMEA-nın magistraturasında qış imtahan sessiyası uğurla başa çatıb

AMEA prezidentinin sərəncamına uyğun olaraq, AMEA-nın magistratura təhsilini həyata keçirən elmi müəssisələrində 2020/2021-ci tədris ili üzrə qış imtahan sessiyası uğurla başa çatıb.

Müəyyən olunmuş qrafikə əsasən, 5 yanvar 2021-ci il tarixindən 2 fevral 2021-ci il tarixədək I və II kurs magistrantlardan onlayn formada imtahanlar qəbul olunub.

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin və müvafiq elmi müəssisələrin Təhsil şöbələrinin əməkdaşlarının da iştirakı ilə təşkil olunan qış imtahan sessiyası uğurla başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: