Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Taqanroqda X Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək
21.01.2015 00:00
  • A-
  • A
  • A+

Taqanroqda X Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

27 Fevral 2015-ci il tarixdə Taqanroq (Rusiya) şəhərində “Müasir təhsil texnologiyaların mənimsənilməsi və tədris prosesində tətbiqi” adlı X Beynəlxalq elmi-praktiki konfransı keçiriləcək.

Elmi Fikir Mərkəzi tərəfindən təşkil olunan beynəlxalq konfransda “Müasir maarifləndirici texnologiyalar”, “Pedaqoji təhsildə innovasiyalar”, “Təlim və təhsildə müasir İKT-dən istifadə metodları”, “Təbii və humanitar intizamın təlim nəzəriyyəsi və metodikası”, “Təhsildə lokal və qlobal kompüter şəbəkələrindən istifadə”, “Distant təhsil”, “Multimedia, qrafika və WEB-dizayn”, “Tədris prosesinin kompüterləşdirməsini nəzərə alaraq ali məktəblərdə mütəxəssislərin hazırlığının keyfiyyətinin artırılması”, “Məktəblərdə İKT-nin tətbiqi”, “Orta məktəblərdə elektron gündəliklərdən istifadə”, “İkisəviyyəli professional təhsilin müasirləşdirilməsi problemləri” və s. mövzular üzrə məruzələr dinləniləcək.

Qeyd edək ki, konfrans rus dilində keçiriləcək, tədbirdə qiyabi iştirak etmək mümkün olacaq.

Tədbirlə bağlı ətraflı məlumatı www.konferencii.ru saytından əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: