www.science.az
22.02.2021 17:10

“Sabir Rüstəmxanlı yaradıcılığının janr müxtəlifliyi” monoqrafiyası çapdan çıxıb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifovanın “Sabir Rüstəmxanlı yaradıcılığının janr müxtəlifliyi” monoqrafiyası çap olunub. Kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının 28 fevral 2020-ci il tarixli qərarı ilə işıq üzü görüb.

Kitabın elmi məsləhətçisi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. “Sabir Rüstəmxanlı yaradıcılığı yeni təfəkkür hadisəsi kimi” sərlövhəli “Ön söz”ün müəllifi Azərbaycan Yazıçılar Birliyinin üzvü Səidə Əliyevadır. Kitabın rəyçisi AMEA-nın müxbir üzvü Tehran Mustafayevdir.

Monoqrafiya giriş, beş fəsil, nəticə və istifadə olunmuş ədəbiyyatdan ibarətdir. Vəsaitdə Xalq şairi Sabir Rüstəmxanlının elmi tədqiqatlarının, publisistikasının, bədii yaradıcılığının janr problemləri tədqiq edilib. Şairin nəsr, nəzm və dram əsərlərinin tədqiqinə, əsərlərindəki mənəvi problemlərin açıqlanmasına da yer verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.