Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Xocalı soyqırımı qurbanlarının xatirəsi  anılıb
25.02.2021 15:09
  • A-
  • A
  • A+

Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

AMEA-nın Qafqazşünaslıq İnstitutunda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

İlk öncə Xocalıda soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantını institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açaraq, bu hadisəyə hüquqi-siyasi qiymətin verilməsində ümumilli lider Heydər Əliyevin rolunu, dünyada tanıdılmasında isə Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun birinci vitse prezidenti Leyla xanım Əliyevanın xüsusi xidmətlərini vurğulayıb.

İnstitutun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova Xocalı soyqırımının beynəlxalq hüquq normalarına əsasən soyqırımı kimi  Beynəlxalq Məhkəmə tərəfindən tanınmasının zərurətindən danışıb.

Tədbirdə institutun elmi katibi, dosent Südabə Hüseynova, Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Qasım Hacıyev, Gürcüstanşünaslıq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov, Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə, Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva, Gənc Alim və Müəxəssislər Şurasının sədri Günay Feyziyeva və Həmkarlar İttifaqının sədri Yeganə Baxşıyeva Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün gedişində törədilmiş Xocalı soyqırımının təfərrüatlarından bəhs edib və bu soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: