Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Risalə. Araşdırmalar toplusu” kitabının X cildinin təqdimat mərasimi keçiriləcək
22.01.2015 00:00
  • A-
  • A
  • A+

“Risalə. Araşdırmalar toplusu” kitabının X cildinin təqdimat mərasimi keçiriləcək

Yanvarın 23-də saat 14:00-da AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Şərq və Azərbaycan ədəbiyyatı və mədəniyyətinin problemlərinə həsr edilmiş “Risalə. Araşdırmalar toplusu” kitabının X cildinin təqdimat mərasimi keçiriləcək.

Qeyd edək ki, muzeyin əməkdaşlarının elmi araşdırmalarından ibarət “Risalə” toplusu ildə bir dəfə nəşr edilir. Məzmun etibarilə klassik, müasir ədəbiyyat, fəlsəfə, mədəniyyət problemləri, həmçinin muzeyşünaslıq məsələlərini əhatə edir. “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış kitabın redaktoru muzeyin direktoru, akademik Rafael Hüseynovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: