Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutu Xocalı soyqırımı ilə bağlı 3 min ədəd kitab hədiyyə edib
27.02.2021 11:53
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutu Xocalı soyqırımı ilə bağlı 3 min ədəd kitab hədiyyə edib

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə akademiklər Cəlal Əliyev və Budaq Budaqovun birgə müəllifi olduqları “Türklər, azərbaycanlılar, ermənilər: Tarixi həqiqətin soyqırımı” kitabını Azərbaycan, ingilis və rus dillərində 2000 ədəd olmaqla Abşeron məktəblilərinin kitab fonduna, 1000 ədədini isə Azərbaycan Respublikası “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin Abşeron nümayəndəliyinə hədiyyə edib.

Abşeron rayon Təhsil şöbəsinin “Tarixi həqiqətin soyqırımı” adda keçirdiyi tədbirdə çıxış edən institutun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Aida Aslanova kitabın gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, eləcə də mənfur qonşularımızın iç üzünü, təcavüzkar xislətini tanımaqda həmvətənlərimiz üçün köməkçi rol oynayacağını diqqətə çatdırıb.

Tədbirin sonunda Abşeron Rayon Təhsil şöbəsi və AR “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin Abşeron nümayəndəliyi Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovu və A.Aslanovanı “Təşəkkürnamə” və Fəxri diplomla təltif edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: