Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim beynəlxalq nəşriyyata üzv seçilib
27.02.2021 11:58
  • A-
  • A
  • A+

Azərbaycanlı alim beynəlxalq nəşriyyata üzv seçilib

AMEA-nın Neft və Qaz İnstitutunun şöbə müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Bünyad Kazımov “London Journal Press” nəşriyyatına üzv seçilib.

B.Kazımov ABŞ-ın “International Journal of Theoretical and Applied Mathematics” jurnalında dərc olunan “Quyunun hasilatının dəyişməsi halında sürüngənli neft layının işlənilmə göstəricilərinin ədədi təyini” məqaləsinin yaratdığı müsbət təəssüratla əlaqədar nəşriyyata üzv kimi qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: