Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Xocalı irsi (muzey materiallarına əsasən)” adlı elektron təqdimat hazırlanıb
27.02.2021 13:04
  • A-
  • A
  • A+

“Xocalı irsi (muzey materiallarına əsasən)” adlı elektron təqdimat hazırlanıb

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları və YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatı üzvləri Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə “Xocalı irsi (muzey materiallarına əsasən)” adlı elektron təqdimat hazırlayıblar (tərtib edən: böyük elmi işçi, t.ü.f.d. Aygün Məmmədova).

Muzeyin əməkdaşları, tarix üzrə fəlsəfə doktorları - Nasir Quluzadə, Aygün Məmmədova, Sevinc Nəsirova, Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov və Elmi kütləvi iş və təhsil şöbəsinin baş mütəxəssisi Pərvanə Əzimovanın təklif və tərtibatı ilə hazırlanan slaydda Xocalı ərazisində aşkarlanmış arxeoloji, etnoqrafik və numizmatik tapıntılarla yanaşı, şəhid olan Xocalı sakinləri haqqında məlumatlar təqdim edilib.

Təqdimata buradan baxa bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: