Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Neft-Kimya Prosesləri İnstitutunda Beynəlxalq Qadınlar Günü qeyd olunub
05.03.2021 11:02
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda Beynəlxalq Qadınlar Günü qeyd olunub

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) Qadınlar Şurasının təşkilatçılığı ilə 8 - Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə institutun direktoru, akademik Vaqif Abbasov, professor Elmira Süleymanova, şuranın sədri, professor Leylufər Əliyeva, sədr müavini dosent Nərminə Abdullayeva və şuranın digər üzvləri iştirak ediblər.

Yığıncağı akademik Vaqif Abbasov açaraq şura üzvlərini və NKPİ kollektivinin bütün qadın əməkdaşlarını təbrik edərək öz ürək sözlərini çatdırıb. Akademik Vaqif Abbasov bildirib ki, institutun iki qadın əməkdaşı, professorlar Leylufər Əliyeva və Reyhan Əliyeva əlamətdar gün münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Fəxri fərmanla təltif olunublar.

Sonra professor Elmira Süleymanova elmdə seçilmiş qadın alimlərdən söz açaraq, onların cəmiyyətə verdiyi töhfələri xüsusilə vurğulayıb.

Daha sonra professor Leylufər Əliyeva qadın kimyaçı alimlərin institutda keçdikləri şərəfli ömür yolundan geniş məlumat verib. İclasda şuranın gələcək planları haqqında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: