Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.03.2021 12:06
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyinin qadın əməkdaşları təltif olunublar

Hüseyn Cavidin Ev Muzeyinin qadın əməkdaşları təltif olunublar

AMEA Hüseyn Cavidin Ev Muzeyində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı Azərbaycan tarixində qadınların elmi, ədəbi, ictimai-siyasi həyatdakı rolu haqqında ətraflı məlumat verib. Ölkəmizdə gender bərabərliyinin ən yüksək səviyyədə qorunduğunu, qızların təhsilinə və qadınların çoxşaxəli fəaliyyətinə heç bir əngəl olmadığını, əksinə geniş imkanlar yaradıldığını vurğulayıb.

Sonra G.Babaxanlı Elmi fondlar şöbəsinin müdiri Cəmilə Rzayevaya və mütəxəsis Almaz Kərimovaya AMEA Humanitar və İctimai Elmlər Bölməsinin Fəxri fərmanını təqdim edib. 

Tədbirdə muzeyin əməkdaşları – Nailə Məmmədli, Mətanət Babayeva, Lalə Əliyeva, Fəridə Azadova, Elina Sadıqova, Nərmin Nərimanova məhsuldar fəaliyyətlərinə görə və 8 Mart – Beynəlxalq qadınlar günü münasibətilə müəssisənin Fəxri fərmanı ilə təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: