Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

YT Parkın rəhbərliyi müəssisənin qadın əməkdaşlarını təbrik edib
05.03.2021 14:50
  • A-
  • A
  • A+

YT Parkın rəhbərliyi müəssisənin qadın əməkdaşlarını təbrik edib

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) rəhbərliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə bu müəssisənin, eləcə də Parkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun qadın əməkdaşlarını təbrik edib. 

Onlayn təşkil olunan tədbirdə çıxış edən YT Parkın baş direktoru, professor Əbülfəz Babayev müəssisənin bütün qadın əməkdaşlarını bayram münasibətilə səmimi qəlbdən təbrik edib, onlara uzun ömür, cansağlığı, fəaliyyətlərində uğurlar arzulayıb. 

Baş direktor qadınların ölkəmizin ictimai-siyasi həyatında rolundan danışaraq, ilk növbədə cəmiyyətin inkişafının təminatçısı olan qadınların dövlət idarəçiliyindən tutmuş, ölkənin mədəni, pedaqoji, elmi həyatında öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini vurğulayıb.

Daha sonra Parkın icraçı direktoru Vasif Abbasov çıxış edərək tarix boyu Azərbaycan qadınlarının öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı ilə seçildiyini qeyd edib. İcraçı direktor qadınların elm və təhsil sahəsində qazandıqları uğurlardan bəhs edib, onlar üçün yaradılan şəraitdən danışıb. O, müəssisədə çalışan xanım əməkdaşları bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edib, onlara gələcək işlərində uğurlar və ailə xoşbəxtliyi arzulayıb.

Sonda YT Parkın əməkdaşları təbriklərə qoşularaq müəssisənin bütün qadınlarına əldə etdikləri nailiyyətlər ilə fəaliyyətlərində daha da irəliləməyi arzu ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: