Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünas alimin məqaləsi Rusiyanın nüfuzlu jurnalında dərc olunub
05.03.2021 15:20
  • A-
  • A
  • A+

Şərqşünas alimin məqaləsi Rusiyanın nüfuzlu jurnalında dərc olunub

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədovun Rusiyada nəşr olunan “Orientalistika” beynəlxalq elmi jurnalında “Xəlifə əl-Mütədidin hakimiyyəti dövrünə aid vergi zəmanəti müqaviləsi (892 il): Hilal əs-Sabinin "Kitab əl-Vüzara" əsərindən çıxarış” adlı məqaləsi dərc olunub. 

F.Əsədov Hilal əs-Sabinin "Kitab əl-Vüzara" (Vəzirlərin kitabı) əsərində təqdim edilən Xəlifə əl-Mütədidin hakimiyyəti dövrünə aid vergi zəmanəti müqaviləsinin mətnini ərəb dilindən tərcümə edib, müqavilə mətni ilə bağlı şərhlər verib və müqəddimə kimi xəlifə əl-Mütədidin taxta çıxması ilindəki xilafətdəki siyasi və iqtisadi vəziyyəti təqdim edərək, Abbasi xəlifələrinin dövründə vergilərin zəmanəti praktikasının yaranma səbəblərini araşdırıb.

Sözügedən müqavilə Orta və Cənubi İraqın münbit torpaqları ilə bağlı xəlifə əl-Mütədidin (892-902) vəziri və Məhəmməd ət-Tai adlı şəxs arasında bağlanıb.

Müqavilənin mətni və əs-Sabinin bu barədə yazdıqları IX əsrin sonunda Abbasi xilafətindəki dövlət məmurları ilə vergi zəmanəti verənlər arasındakı münasibətləri, bu şəxsləri zənginləşdirmək üçün korrupsiya sxemləri yaratmaq təcrübəsini, habelə xəlifə sarayının həyatının və qoşunları saxlamaq sisteminin bir çox detallarını xarakterizə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: