Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Fiziologiya İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi
15.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Fiziologiya İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi

Bu gün AMEA A.İ.Qarayev adına Fiziologiya İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Telman Ağayev Azərbaycan gənclərinin cəmiyyətin inkişafında böyük rola malik olduğunu söylədi. Bildirdi ki, gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Gənc alimlər beynəlxalq tədbirlərdə yüksək fəallıqla iştirak edir. Şuranın yaradılmasının əhəmiyyəti, məqsəd və vəzifələrindən danışan institutun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyevfiziologiya elmində müasir tələblərə cavab verən metodikalara əsalanmış yeni istiqamətlərin müəyyənləşdirilməsində gənc kadrların potensialından istifadə etməyin vacibliyindən söz açdı. O, institutda çalışan gənclərin geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb olunması istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini, dövlət proqramları çərçivəsində yerinə yetirilən layihələrdə gənclərin fəal iştirak etdiyini nəzərə çatdırdı. Bildirdi ki, hazırda institut əməkdaşlarının 60 faizini gənc kadrlar təşkil edir. Sonra səsvermə yolu ilə institutun Gənc alim və mütəxəssislər şurasına sədr, sədr müavini katib və üzvləri seçildi. Tərkibi 15 nəfərdən ibarət Gənc alim və mütəxəssislər şurasının sədri biologiya üzrə fəlsəfə doktoru Zemfira Qədimova, sədr müavini Rəxşanə Əhmədova, katibi Xatirə Səfixanova təyin olundular.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: