www.science.az
28.01.2015 00:00

“AMEA-nın xəbərləri. Elm və innovasiya seriyası” adlı elmi jurnalın yeni tərkibi təsdiq edilib

Azərbaycan Respublikasında elmin informasiya təminatını inkişaf etdirmək, elmi ictimaiyyəti elm və innovasiyalar sahəsindəki informasiya mübadiləsi ilə təmin etmək məqsədilə Humanitar və İctimai Elmlər Bölməsinin 24 dekabr 2014-cü il tarixli qərarı ilə “AMEA-nın Xəbərləri. Elm və İnnovasiya seriyası” adlı elmi jurnalın yeni tərkibi təsdiq edilib. Jurnalın baş redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadədir.

Azərbaycan, Rusiya, Ukrayna, Belarus və Qazaxstanın 21 tanınmış aliminin redaksiya heyətində üzv olduğu bu elmi jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 30 aprel 2010-cu il tarixli iclasında təsdiq edilib. Jurnal Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısına daxil edilib. Elmi jurnal üç ayda bir dəfə Azərbaycan, rus və ingilis dillərində nəşr ediləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.