Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Beyinin daxildən müalicəsi artıq realdırmı?
29.01.2015 00:00
  • A-
  • A
  • A+

Beyinin daxildən müalicəsi artıq realdırmı?

Bu gün beyin implantı olduqca məhdud imkanlara malikdir: sərt elementlər toxumalara son dərəcədə ciddi zərər vura bilir, nəticədə qıcıqlanma, sıyrıntılar və çapıqlara səbəb olduğu üçün insult yaranır.

Massaçusets Texnologiya İnstitutunun (MTİ) tədqiqatçıları (ABŞ) belə qərara gəliblər ki, çoxfunksiyalı, əyilən liflər yalnız beyinin toxuma stimulyasiyasını yaxşılaşdırmır, həm də dərmanlara tez bir zamanda reaksiya verir. Bildiriblər ki, yeni liflərdən istifadə son dərəcədə təhlükəsiz və funksionaldır.

Həkimlər pasiyentlərdə hərəkətlərin pozulması, Parkinson xəstəliyini və başqa nevroloji xəstəlikləri aradan qaldırmaq üçün implantasiyadan daim istifadə edirlər.

www.msn.com saytından aldığımız məlumata görə, hazırda süni və sintetik kimyəvi liflərin istehsalı üzərində işlər görülür. Yeni ixtiralar hələlik, heyvanlar üzərində test olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: