Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər insan beynində susuzluğun açarını tapıblar
29.01.2015 00:00
  • A-
  • A
  • A+

Alimlər insan beynində susuzluğun açarını tapıblar

İnsanın su içməyini təyin edən sinir hüceyrələrinin iki tipi var. Susuzluq məhz onlardan bu və ya digərinin fəallığından asılıdır.

ABŞ-ın Kolumbiya Universitetinin alimləri son tədqiqatlarında insan beynində susuzluğun özünəməxsus açarını aşkar ediblər.

Xarici kütləvi informasiya vasitələri xəbər verir ki, bu əlamət laboratoriya siçanlarının tədqiqi çərçivəsində təsdiqlənib. Alimlər müəyyən hüceyrə qruplarına təsir göstərməklə canlıların susuzluq hissini idarə etməyə nail olublar.

Əldə olunmuş təcrübə faydalıdır və çoxlu patologiyaların müalicəsində tətbiq oluna bilər. Susuzluğun tənzimlənməsi üsulları su balansının bərpası prosesində yararlı ola bilər. Bundan başqa, alimlərin fikrincə, gələcəkdə patoloji susuzluğun müalicəsi mümkün olacaq.

”Azərbaycan” qəzeti

  • Paylaş: