Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Qurban Yetirmişli “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” medalı ilə təltif olunub
30.01.2015 00:00
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Qurban Yetirmişli “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” medalı ilə təltif olunub

AMEA Respubika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” Qızıl medalı ilə təltif olunub.

Q.Yetirmişli bu mükafata milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, seysmologiya, seysmotomoqrafiya, geodinamika, zəlzələ proqnozunun problemləri sahəsində uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında göstərdiyi xidmətlərinə görə layiq görülüb.

Yanvarın 29-da Respubika Seysmoloji Xidmət Mərkəzində “Avropa Nəşr Mətbu Evi”nin direktoru və mükafat komissiyasının sədri Şöhrət Səlimbəyli alimə Qızıl medal və diplomu təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: