Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

MEK-ə xarici ölkələrdən yeni nəşrlər daxil olub
06.04.2021 09:58
  • A-
  • A
  • A+

MEK-ə xarici ölkələrdən yeni nəşrlər daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) mütəmadi şəkildə akademiyanın elmi tədqiqat institutlarından, yerli oqranlardan, müəlliflər tərəfindən, xarici ölkələrdən müxtəlif elm sahələrini əhatə edən yeni nəşrlər daxil olur.

ABŞ, Fransa, Almaniya və Türkiyədən MEK-ə daxil olan növbəti silsilə nəşrlər sırasında mədəniyyət, biomüxtəliflik, riyazi göstəricilər, müasir nüvə sistemi və s. bu kimi digər mövzular öz əksini tapıb.

İngilis, alman, fransız və türk dillərində olan nəşrlər sırasında “Kyoto journal of Mathematics” (“Kyoto Riyaziyyat jurnalı”), “Ежемесячный журнал Китай” (“Kitay - aylıq jurnal”), “Soviet nuclear modernity” (“Müasir sovet nüvə sistemi”), “Science news” (“Elmi Xəbərlər”), “Marine Biodiversity” (“Dəniz müxtəlifliyi”), “Elements an İnternational Magazine of Mineralogy, Geochemistry and Petrology” (“Elementlər: Mineralogiya, Geokimya və Petrologiyaya dair beynəlxalq jurnal”), “Spixiana Zeitchrift für Zoologie” (“Spixiana – Zoologiyaya dair jurnal”), “İndagationes mathematicae” (“Riyazi göstəricilər”), “Tribus jahrbuch” (“Tribus – illik kitab”), “Türk Dünyası Tarih Kültür Dergisi” (Türk Dünyası Tarix və Mədəniyyət jurnalı), “Türk dünyası araştırmaları” (“Türk dünyası tədqiqatları”) və s. yer alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: