Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Coğrafiyaçı alimlərin məqaləsi beynəlxalq jurnalda nəşr olunub
06.04.2021 15:52
  • A-
  • A
  • A+

Coğrafiyaçı alimlərin məqaləsi beynəlxalq jurnalda nəşr olunub

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları – coğrafiya üzrə fəlsəfə doktoru, dosent Cuma Məmmədov və elmi işçi Zülfəli Rəsulovun həmmüəllif olduqları “Əsas təbii amillərin təsiri nəzərə alınmaqla palçıqlı sellərin asılı gətirmələrinin ən böyük sərflərinin hesablanmasında yeni yanaşma” adlı məqalə Rusiyanın impakt faktorlu “Вестник геонаук” jurnalında çap edilib.

Kiçik Qafqaz çaylarında baş verən sellərin ən böyük sərflərinin hesablanması metodikasına həsr olunan məqalədə ilk dəfə tədqiq olunan ərazi üçün asılı gətirmələrin ən böyük sərflərinin hesablanma metodikası işlənilib. Bu metodika palçıqlı sellərin əmələ gəlmə  şəraitini daha müfəssəl əks etdirir və hesablama xətası ±25%-ə qədərdir.

Alınmış tənliklər Kiçik Qafqazın öyrənilməmiş çayların palçıqlı sellərinin parametrlərinin təsviri və öyrənilməsi üçün istifadə edilə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: