Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

MEK-ə “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitabı daxil olub
07.04.2021 09:54
  • A-
  • A
  • A+

MEK-ə “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitabı daxil olub

Mərkəzi Elmi Kitabxanaya (MEK) AMEA-nın 75 illik (1945-2020) yubileyinə həsr edilən “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitabı daxil olub. Kitabın giriş hissəsində AMEA-nın 75 illik yubileyi ilə bağlı Akademiyanın Rəyasət Heyətinin qərarı yer alıb.

AMEA Rəyasət Heyətinin qərarı ilə nəşr olunan kitabda Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev, birinci vitse-prezident, akademik Dilqəm Tağıyev, vitse-prezidentlər, akademik-katib, Rəyasət Heyətinin üzvü vəzifəsini icra edən şəxslər, AMEA-nın Naxçıvan, Gəncə bölmələrinin sədrləri, sabiq prezidentləri, fəxri, xarici, həqiqi və müxbir üzvləri haqqında məlumatlar toplanılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: