Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kimyaçı alimlərin məqaləsi “Web of Science” və “Scopus” bazasına daxil olan jurnalda çapdan çıxıb
14.04.2021 14:54
  • A-
  • A
  • A+

Kimyaçı alimlərin məqaləsi “Web of Science” və “Scopus” bazasına daxil olan jurnalda çapdan çıxıb

AMEA-nın birinci vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, müəssisənin əməkdaşları AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, aparıcı elmi işçi Leyla Məşədiyeva, Gəncə Dövlət Universitetinin professoru Yusif Yusibov və Fransa-Azərbaycan Universitetinin əməkdaşı, k.ü.e.d., dosent Dünya Babanlının məqaləsi “Web of Science” və “Scopus” beynəlxalq bazalarına daxil olan “Russian Journal of Electrochemistry” jurnalında dərc olunub.

Məqalə Ag - Sb - Se sisteminin 300- 450 K temperatur intervalında elektrik hərəkət qüvvəsi üsulu ilə termodinamiki tədqiqinə həsr edilib. Sistemin Ag2Se–Sb2Se3 kəsiyi üzrə AgSbSe2 birləşməsi əsasında geniş bərk məhlul sahəsi aşkar edilib. Təcrübi nəticələr əsasında müxtəlif faza sahələrində EHQ-nin temperaturdan asılılıq tənlikləri alınıb, xəlitələrdə gümüşün parsial molyar funksiyaları və sistemdə əmələ gələn üçlü fazaların parsial molyar funksiyaları, standart əmələgəlmə termodinamiki funksiyaları və standart entropiyaları təyin edilib.

Qeyd edək ki, gümüşün mürəkkəb xalkogenidləri ekoloji təhlükəsiz termoelektrik, fotoelektrik, optik xassələrə və qarışıq ion-elektron keçiriciliyə malik funksional materiallar kimi elektrokimyəvi sensorlar, elektrod materialları, enerji çeviriciləri və s. hazırlanmasında istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: