Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayı nəşr olunub
16.04.2021 15:19
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı nəşr olunub

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirakına dair məlumat yer alıb.

Nəşrin növbəti səhifələrində kimyaçı alimlərin beynəlxalq bazalara daxil olan jurnalda işıq üzü görən məqaləsi, Humanitar və İctimai Elmlər Bölməsinin Ümumi yığıncağı, “Xarıbülbül” mövzusunda foto və əl işlərindən ibarət rəsm müsabiqəsi, NATO-nun dəstəyilə keçiriləcək beynəlxalq konfransa hazırlıq işləri, AMEA Naxçıvan Bölməsinin hesabat iclası, Türkiyə və Azərbaycan Qeyri-Maddi Mədəni İrs üzrə UNESCO kafedralarının tədbiri, Akademiya əməkdaşlarının növbəti vaksinasiyası və s. məlumatlar oxuculara təqdim olunur.

Bundan əlavə, “Akademik Zərifə Əliyevanın tədqiqatları Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir”, “Milli sərvətimiz olan Akademiyanı göz bəbəyi kimi qorumalıyıq”, “Nizami Gəncəvi yaradıcılığı fəlsəfi-irfani kontekstdə”, “Elmi məktəb yaratmış iqtisadçı alim”, “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı hərəkatı: problemlər və perspektivlər”, “Mədəni irsimiz - milli sərvətimiz” sərlövhəli məqalələr, yeni nəşrlər, elmi yeniliklər, müsabiqələr və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: