Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçəcəklər
19.04.2021 14:47
  • A-
  • A
  • A+

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçəcəklər

Qazaxıstanın Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin doktorantları AMEA-nın Neft və Qaz İnstitutunda (NQİ) təcrübə keçəcəklər.

Təcrübə prosesi çərçivəsində institutun mütəxəssisləri neft-qaz mühəndisliyi istiqaməti üzrə öz əyani biliklərini universitetin doktorantları ilə bölüşəcəklər. Universitetin doktorantlarına NQİ-nin direktor müavini, professor Vaqif Qurbanov və AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev elmi məsləhətçi təyin ediliblər. Pandemiya ilə əlaqədar olaraq təlimlərin onlayn rejimdə keçirilməsi nəzərdə tutulub.

Bu münasibətlə doktorantlar üçün ilk onlayn görüş təşkil edilib. Görüşdə iştirak edən institutun direktoru v.i.e., akademik Fəxrəddin Qədirov NQİ-nin alimlərinin neft-qaz yataqlarının işlənməsi, istismarı və quyuların qazılması istiqamətində uzun illər ərzində topladıqları bilik və təcrübənin doktorantların gələcək elmi fəaliyyəti və eləcə də Qazaxıstanın neft-qaz elminin inkişafı üçün faydalı ola biləcəyini söyləyib. O, həmçinin Qazaxıstan üçün elmi kadrların hazırlanmasında iştirak etdiklərindən məmnunluğunu bildirib və həmişə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

Sonda F.Qədirov təcrübə iştirakçılarına və təşkilatçılara effektiv əməkdaşlıq və konstruktiv dialoq arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: