Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.02.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Ədəbiyyat İnstitutu ilə BDU-nun Konfutsi İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb

AMEA Ədəbiyyat İnstitutu ilə BDU-nun Konfutsi İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb

AMEA Nizami adına Ədəbiyyat İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki Konfutsi İnstitutunun Çin tərəfdən direktoru, dosent Hu Fenhuanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Əsas məqsəd iki ölkə arasında elmi əməkdaşlığın mövcud vəziyyəti və inkişafı ilə bağlı müzakirələrin aparılması idi.

Görüşdə institutun direktoru, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin əsas fəaliyyət istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib. Akademik İsa Həbibbəyli Çin Xalq Respublikası ilə ölkəmiz arasında əlaqələrin qurulmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb, bu ölkə ilə dil və ədəbiyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Sonra iki institut arasında dil və ədəbiyyat sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Sənədi akademik İ.Həbibbəyli, Konfutsi İnstitutunun Çin tərəfdən direktoru, dosent Hu Fenhua və institutun Azərbaycan tərəfdən direktoru, dosent Oqtay Cəlilbəyli imzalayıblar.

Müqavilədə elmi-tədqiqatlar sahəsində davamlı əməkdaşlığın aparılması, Azərbaycanda Çin mədəniyyətini və eləcə də, Çində Azərbaycan mədəniyyətinin qarşılıqlı surətdə təbliği, iki ölkə ədəbiyyatları üzrə müqayisəli tədqiqatların, ədəbi əlaqələrə dair araşdırılmaların aparılması, birgə tədbirlərin keçirilməsi, elmi nəşrlərin mübadiləsinin təşkili nəzərdə tutulur.

Tədbir çərçivəsində AMEA-nın Əsas binasında hər iki institut tərəfindən birgə yaradılmış Çin Mədəniyyət Mərkəzinin açılışı da olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: