Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Cənubi Qafqazda ərazi-sərhəd dəyişiklikləri: tarix və müasirlik” mövzusunda konfrans keçiriləcək
03.05.2021 14:43
  • A-
  • A
  • A+

“Cənubi Qafqazda ərazi-sərhəd dəyişiklikləri: tarix və müasirlik” mövzusunda konfrans keçiriləcək

18 noyabr 2021-ci il tarixində AMEA-nın Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə

“Cənubi Qafqazda ərazi-sərhəd dəyişiklikləri: tarix və müasirlik” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfransda aşağıdakı bölmələr üzrə müzakirələr aparılacaq:

- XIX əsrdə ermənilərin Cənubi Qafqaza köçürülməsi və ərazi dəyişiklikləri;

- 1918-1920-ci illərdə Cənubi Qafqazda ərazi-sərhəd məsələləri və Ermənistanın yaradılması;

- Sovet dövründə ərazi-sərhəd məsələləri;

- 1991-ci ildən sonra Cənubi Qafqazda ərazi işğalları və nəticələri.

Tədbirə təqdim olunacaq tezislərə dair tələblər:

- Microsoft Word, A4 ölçüdə, 1 səhifə (300 söz), Times New Romanda, 12 şrift, 1 intervalla, soldan 20 və sağdan 20 mm, yuxarı və aşağıdan 25 mm, abzaslar 1,15 sm parametrlərinə uyğun;

- Titul səhifədə sağda yuxarıda 12 şriftlə, qara hərflərlə müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı və əlaqə nömrəsi;

- Müəllifin ad və soyadından sonra səhifənin ortasında məruzənin adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır.

Tezislərin son təqdim edilmə tarixi 20 oktyabr 2021-ci ildir.

Ünvan:  Bakı ş., H.Cavid pr. 117 (IV mərtəbə, 448-ci otaq)

Tel.: (+994 12) 539 89 91

E-mail: qafqazkonfrans2@gmail.com

Əlavə məlumat üçün: www.caucasusstudies.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: