www.science.az
05.02.2015 00:00

“Karvan yolu” kitabı işıq üzü görüb

AMEA Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, professor Hikmət Mahmudun “Karvan yolu” kitabı işıq üzü görüb.

Kitabda 350-ə yaxın şeir, o cümlədən rübai, qoşma və poemalar yer alıb. Nəşrdə H.Mahmudun yeni şeirləri ilə yanaşı, 1960-1970-ci illərdə yazdığı və heç yerdə çap olunmamış əsərlərinə də rast gəlmək mümkündür. Kitabda H.Mahmudun hikmətli kəlamları, fəlsəfi məzmunda tapmaca, sual və cavabları, həyat sirləri barədə fikirləri də diqqət cəlb edir. 

Nəşrin redaktoru və ön sözün müəllifi şair İlyas Tapdıqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.