Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunur
09.05.2021 13:37
  • A-
  • A
  • A+

Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunur

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə sosial sfera, xüsusilə də milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı böyük layihələr həyata keçirilir. Son illər Gəncə şəhərində yeddi muzey, möhtəşəm memarlıq abidəsi olan Filarmoniya və Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir. “Nizami Gəncəvi İli” çərçivəsində Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin təmiri də nəzərdə tutulub.

Muzeyin tərtibatına elmi əsaslarla yanaşmaq məqsədilə Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırılması departamentinin rəhbəri, Ph.D Məhəbbət Mehdiyeva, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri Səbuhi Əhmədov Akademiyanın Gəncə Bölməsində alimlərlə görüşərək onların fikrini öyrəniblər.

Müzakirələr zamanı Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun əməkdaşlarının da muzeyin tərtibatında yaxından iştirakı qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: