Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Riyaziyyat və Mexanika İnstitutunda növbəti ümuminstitut seminarı keçirilib
11.02.2015 00:00
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunda növbəti ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Horizontal quyularda qeyri-stasionar süzülmə prosesinin inteqral modelləşdirilməsi” mövzusunda ümuminstitut seminarı keçirilib. Seminarda ARDNŞ-in “Neftqazelmitədqiqatlayihə” institutunun Quyuların istismar üsullarının layihələndirilməsi və optimallaşdırılması şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Elxan Abbasovun məruzəsi dinlənilib.

Məruzədə horizontal quyularda quyu-lay sisteminin dinamik əlaqəsini və borunun divarının horizontal hissəsində süzgəc xarakterli olmasını nəzərə alaraq mayenin layda qeyri-stasionar süzülmə prosesi riyazi modelləşdirilərək tədqiq edilib. Quyunun horizontal hissəsinin uzunluğundan və layın parametrlərindən asılı olaraq onun məhsuldarlığı təyin edilib. Borunun horizontal hissəsində onun divarının süzgəc xarakterli olması və lay-quyu sisteminin dinamik əlaqəsini nəzərə almaqla boruda təzyiq düşməsinin təyin edilməsi üçün analitik düstur tapılıb. Quyudibi təzyiqin dəyişmə dinamikası təyin edilib. Aparılan tədqiqatlar əsasında horizontal quyuların istismar göstəricilərini yaxşılaşdıra bilən parametrlərin qiyməti tapılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: