www.science.az
12.02.2015 00:00

AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinə yeni təyinatlar olub

Fail Kazımov AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin Elmi-analitik şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Bu haqda qərar Rəyasət Heyətinin 11 fevral 2015-ci il tarixli iclasında qəbul olunub.

AMEA Rəyasət Heyətinin digər qərarları ilə isə texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov həmin şöbənin rəis müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov Elm və təhsil idarəsinin Elmi tədqiqatların təşkili şöbəsinin rəis müavini vəzifələrinə təyin ediliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.