Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Milli Azərbaycan Tarixi Muzeyi – 2014” adlı məqalələr toplusu işıq üzü görüb
12.02.2015 00:00
  • A-
  • A
  • A+

“Milli Azərbaycan Tarixi Muzeyi – 2014” adlı məqalələr toplusu işıq üzü görüb

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Milli Azərbaycan Tarixi Muzeyi – 2014” adlı növbəti məqalələr toplusu işıq üzü görüb.

Topluda tarix, arxeologiya, numizmatika, epiqrafika, etnoqrafiya, muzey işi ilə bağlı məqalələr çap olunmuşdur. Muzeyin ekspozisiya və fondlarında qorunan eksponatlar əsasında hazırlanmış məqalələr mühüm tarixi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, 2001-ci ildən nəşr olunan toplu Elmi Şuranın qərarı və muzeyin direktoru, akademik Nailə Vəlixanlının redaktorluğu ilə hazırlanmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: