Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Hindistanda İpək Yoluna həsr olunmuş beynəlxalq seminar keçiriləcək
13.02.2015 00:00
  • A-
  • A
  • A+

Hindistanda İpək Yoluna həsr olunmuş beynəlxalq seminar keçiriləcək

26-27 fevral 2015-ci il tarixlərdə Hindistanın Nyu Delhi şəhərində İpək Yoluna həsr olunmuş beynəlxalq seminar keçiriləcək.

Hindistanın Regionşünaslıq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə region ölkələrindən olan alimlər, diplomatlar, həmçinin müxtəlif universitet, mədəniyyət evləri və ali akademik institutlarda çalışan tədqiqatçıların iştirakı nəzərdə tutulur. Sessiyalarda iqtisadiyyat, təhsil, tibb və digər sahələri əhatə edən mövzular üzrə müzakirələr aparılacaq.

Qeyd edək ki, seminarda iştirak ödənişsizdir. Gediş-gəliş xərclərindən başqa, digər xərclər (yaşayış və qidalanma) təşkilatçı tərəfindən qarşılanacaqdır.

Tədbirdə iştirak etmək istəyənlər AMEA Rəyasət Heyəti Aparatının Beynəlxalq əlaqələr idarəsinə müraciət edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: