Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Axundzadə Mirzə İsmayıl Qasir 210” adlı kitab çapdan çıxıb
18.02.2015 00:00
  • A-
  • A
  • A+

“Axundzadə Mirzə İsmayıl Qasir 210” adlı kitab çapdan çıxıb

XIX əsrdə yaşamış görkəmli Azərbaycan şairi Mirzə İsmayıl Qasirin 210 illik yubileyinə həsr edilmiş “Axundzadə Mirzə İsmayıl Qasir 210” kitabı AMEA Əlyazmalar İnstitutu tərəfindən nəşr edilib.

“Şərq-Qərb” nəşriyyatında çapdan çıxmış kitaba daxil edilmiş M.İ.Qasirin həyat və yaradıcılığı haqqında monaqrafiya filologiya üzrə fəlsəfə doktoru Aybəniz Rəhimovaya məxsusdur.

Qasirin şeirlərini müasir əlifbaya transliterasiya edənlər institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və filologiya üzrə fəlsəfə doktoru Tahirə Mirzəliyevadır.

Farsca şeirlərin tərcüməçisi Məmmədağa Sultanovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: