Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2015 00:00
  • A-
  • A
  • A+

Xocalı soyqırımının 23-cü ildönümü AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda da keçirilib

Xocalı soyqırımının 23-cü ildönümü AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda da keçirilib

Xocalı soyqırımının 23-cü ildönümü AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda anılıb.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində çıxış edən institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı Xocalı faciəsini insanlığa qarşı qətliam adlandırıb, bunun soyqırımı faktı olduğunu deyib. Bildirib ki, o vaxt erməni hərbi birləşmələri Xocalı şəhərini yerlə-yeksan edərək soyqırımı törədiblər. Bu soyqırımı həqiqətləri hazırda dünya ictimaiyyətinə çatdırılır. Ölkə Prezidenti İlham Əliyevin bütövlükdə Ermənistanın təcavüzünün aradan qaldırılması və informasiya müharibəsində Azərbaycanın mövqelərinin daha da möhkəmləndirilməsi üçün gördüyü işlər ciddi nəticələr verməkdədir.

M.Babanlı Xocalıda uşaqların, qadınların, yaşlıların amansızlıqla qətlə yetirildiyini söyləyib, bu faciəyə beynəlxalq miqyasda siyasi-hüquqi qiymət verilməsinin zəruriliyini vurğulayıb.

Tədbirdə çıxış edən institutun Həmkarlar təşkilatının sədri Arif Əfəndi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Faiq Məmmədov və başqaları ermənilərin Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əvvəl baş verən proseslər barədə danışıblar. Bu dəhşətli qətliamı törədənlərin öz cəzalarını alacaqlarına inandıqlarını qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: