Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi
27.02.2015 00:00
  • A-
  • A
  • A+

1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi

Fevralın 27-də AMEA Mikrobiologiya İnstitutunda 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan bu elmi qurumun Mülki Müdafiə qərargahının rəisi Bəxtiyar Yunusov 1972- ci ildən etibarən Beynəlxalq Mülkü Müdafiə təşkilatının qərarı ilə 1 mart tarixinin bütün ölkələrdə Ümumdünya Mülkü Müdafiə günü kimi qeyd edildiyini bildirdi. Azərbaycanın bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildən üzv olduğunu söyləyən B.Yunusov MM orqanları qarşısında duran əsas vəzifənin əhalinin mühafizəsini təşkil etmək, onların fövqəladə hallardan mühafizə sahəsində hazırlığını təmin etmək olduğunu qeyd etdi.

Diqqətə çatdırdı ki, MM-in əsas məqsədi fövqəladə hadisələrin qarşısının alınması istiqamətdə profilaktik tədbirlər planının hazırlanması, maariflənmə yolu ilə bir çox fövqəladə hallarda, istehsalat qəzalarının və digər hadisələrin qarşısının alınmasında qabaqlayıcı tədbirlərin həyata keçirilməsidir.

Sonra tədbir iştirakçıları ilə mövcud vəziyyət və mövzu ilə əlaqədar görülməsi vacib olan təhlükəsizlik tədbirləri barədə fikir mübadiləsi aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: