Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Mülki Müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti” mövzusunda tədbir keçirildi
27.02.2015 00:00
  • A-
  • A
  • A+

“Mülki Müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti” mövzusunda tədbir keçirildi

AMEA Milli Azərbaycan Tarixi Muzeyində 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Mülki Müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti” mövzusunda tədbir keçirildi.

Tədbirdə muzeyin Mülki Müdafiə qərargah rəisi Samit Mədətov çıxış edərək ən çox səciyyəvi olan təbii fəlakətlər – zəlzələ, yanğın, sürüşmə, istehsalat qəzaları, dağıntılar təhlükəsi yarandıqda işçilərin həyatına təhlükə zamanı görüləcək tədbirlərdən danışdı.

Tədbirdə muzey əməkdaşlarına planda nəzərdə tutulmuş təbii fəlakət və qəzalar zamanı əhalinin davranış qaydaları haqqında məlumat verildi. Fövqəladə hadisələr zamanı MM avadanlıqlarından istifadə olunma qaydaları əyani şəkildə göstərildi.

Qeyd edək ki, əməkdaşların maarifləndirilməsi məqsədilə muzeydə MM gününə həsr olunmuş təbliğat güşəsi də yaradılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: