www.science.az
03.03.2015 00:00

AMEA Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları Misirdə beynəlxalq tədbirdə məruzələrlə çıxış ediblər

AMEA Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Təranə Məmmədova, institutun şöbə müdiri, professor Leylufər Əliyeva, kimya üzrə elmlər doktoru Avtandil Talıbov, texnika üzrə fəlsəfə doktoru Gülbəniz Muxtarova və elmi işçi Nigar Rzayeva Misirin Xurqada şəhərində keçirilmiş “Heterosiklik kimya” mövzusunda beynəlxalq konfransda iştirak ediblər.

Tədbirdə Yaponiya, Çexiya, Hollandiya, Belçika, İordaniya, Kanada, Çin və ABŞ-dan olan tanınmış alimlər heterosiklik birləşmələr sahəsində plenar məruzələrlə çıxış ediblər. Konfransda 24 plenar məruzə dinlənilib.

Təranə Məmmədovanın “Neft turşuları əsasında imidazolinlərin alınması və onların dizel yanacağına aşqar kimi tədqiqi”, Leylufər Əliyevanın “N,O – tərkibli heterosiklik birləşmələrin sintezi və tətbiqi”, Avtandil Talıbovun “Təbii neft turşuların efirlərinin ion mayesi katalizatoru iştirakında sintezi”, Gülbəniz Muxtarovanın “Qudronun katalitik krekinqin ağır qazoylu ilə birlikdə suspenzləşdirilmiş nanostrukturlu katalizatorun iştirakı ilə hidrokrekinqi”, Nigar Rzayevanın “N – tsikloheksil amidinin olein turşusunun sulfat törəməsinin sintezi və CO2 korroziya inhibitoru kimi tədqiqi” mövzusunda məruzələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.